Yeni xəbərlər burada görünəcək.

BERLİNDƏ RUSİYA KƏŞFİYYATINA MƏXSUS SİLAH ANBARI TAPILDI

LEQAL XƏBƏR məlumat verir ki, Almaniyanın hüquq-mühafizə orqanları ötən ilin sonunda Berlin yaxınlığında gizli silah anbarı aşkarlayıb. Məlumata görə, Almaniya təhlükəsizlik orqanlarının əlində həmin anbarın Rusiya kəşfiyyatının sifarişi ilə yaradıldığına dair sübutlar var. “Spiegel” və

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Almaniyanın hüquq-mühafizə orqanları ötən ilin sonunda Berlin yaxınlığında gizli silah anbarı aşkarlayıb.

Məlumata görə, Almaniya təhlükəsizlik orqanlarının əlində həmin anbarın Rusiya kəşfiyyatının sifarişi ilə yaradıldığına dair sübutlar var.

“Spiegel” və “Sueddeutsche Zeitung”un məlumatına əsasən, silah anbarı Berlin və Brandenburq torpaqlarının sərhədinə yaxın meşəlik ərazidə aşkarlanıb.

Hüquq-mühafizə orqanları daxil olan məlumat əsasında ərazidə axtarış aparıb və torpağın altında yerləşən gizli anbarda tapançalar aşkar ediblər.

Almaniya hakimiyyəti hadisə barədə uzun müddət ictimaiyyətə məlumat verməyib. Aşkarlanan silahlar istifadəyə yararsız vəziyyətə gətirilib və yenidən anbarın əvvəlki yerinə yerləşdirilib. Daha sonra hüquq-mühafizə orqanları həmin ərazini bir neçə ay müşahidə altında saxlayıb. Lakin bu müddət ərzində silahları götürmək üçün heç kimin gəlmədiyi bildirilib.

İstintaqı Karlsruedəki Baş Prokurorluq aparır. Nəşr həmin şəhərin Berlinə xeyli uzaqda olmasına baxmayaraq araşdırmaya niyə rəhbərlik etdiyinin açıqlanmadığını qeyd edib.

Məlumata görə, araşdırma “dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktının hazırlanması” şübhəsi üzrə aparılır. İş çərçivəsində bir şübhəli şəxsin artıq Rumıniyada saxlanıldığı bildirilir.

Müstəntiqlər həmçinin gizli silah anbarının Rusiyanın Ukraynaya dəstək və təchizat yollarına qarşı həyata keçirdiyi iddia olunan diversiya kampaniyası ilə əlaqəsinin olub-olmadığını araşdırırlar.

Xəbəri paylaş Dostlarınıza göndərin