Yeni xəbərlər burada görünəcək.

"Berta" tropik fırtınası Meksika körfəzini cənginə alıb

Meksika körfəzinin şərq hissəsində "Berta" adlı tropik fırtına formalaşıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ABŞ-nin Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb. Məlumata görə, "Berta" hazırda Florida ştatının Panama-Siti şəhərindən təxminən 180 kilometr məsafədə

5 baxış 3 dəq

Meksika körfəzinin şərq hissəsində "Berta" adlı tropik fırtına formalaşıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ABŞ-nin Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumata görə, "Berta" hazırda Florida ştatının Panama-Siti şəhərindən təxminən 180 kilometr məsafədə yerləşir. Fırtına şimal-qərb istiqamətində saatda 6 kilometr sürətlə hərəkət edir. Təbii hadisənin episentrində küləyin davamlı maksimal sürəti isə saatda 65 kilometrə çatır.

Meteoroloqların proqnozuna əsasən, növbəti iki gün ərzində fırtınanın əsas təsiri Florida və Alabama ştatlarında hiss olunacaq. Bildirilir ki, sahilyanı ərazilərdə suyun səviyyəsinin kəskin yüksəlməsi gözlənilir.

Bundan əlavə, fırtınanın təsir zonasına düşəcək ərazilərdə 200 millimetrədək yağıntının düşəcəyi proqnozlaşdırılır ki, bu da daşqınların baş vermə riskini artırır.

Xəbəri paylaş Dostlarınıza göndərin