İnterpolun "qırmızı bülleteni" ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanın Batumi şəhərində saxlanılıb.
LEQAL XƏBƏR verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilir və Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi.
Hazırda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qanunvericiliyə uyğun ekstradisiya prosedurları davam etdirilir.