Yeni xəbərlər burada görünəcək.

Bişkekdə təyyarə sərt eniş etdi: Hava limanı müvəqqəti bağlandı

LEQAL XƏBƏR verir ki, Manas hava limanına eniş edən laynerlə bağlı hadisə yerinə dərhal aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Şahidlərin sözlərinə görə, təyyarə yerə endikdən sonra yana aşıb, sərnişinlər isə şişmə trap

7 baxış 3 dəq

LEQAL XƏBƏR verir ki, Manas hava limanına eniş edən laynerlə bağlı hadisə yerinə dərhal aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, təyyarə yerə endikdən sonra yana aşıb, sərnişinlər isə şişmə trap vasitəsilə təxliyə ediliblər. Əraziyə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən təyyarənin ciddi zədələndiyi görünür.

Hadisədən sonra Bişkekdəki Manas Beynəlxalq Hava Limanı uçuşların qəbulu və yola salınmasını müvəqqəti dayandırıb.

Xəbəri paylaş Dostlarınıza göndərin