Leqal xəbər məlumat verir ki, Biləsuvar rayonunda qanunsuz at əti kəsimi və satışının qarşısı alınıb.
AQTA-nın məlumatına görə, keçirilən reyd zamanı polis əməkdaşları ilə birgə yoxlama aparılıb və avtomobildə antisanitar şəraitdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb.
Araşdırma zamanı məhsulun rayon sakininə məxsus olduğu müəyyən edilib. Nümunələr laborator müayinəyə göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.