Yeni xəbərlər burada görünəcək.

BİNƏQƏDİ ŞOSSESİNDƏ HƏRƏKƏT DƏYİŞDİRİLİR

LEQAL XƏBƏR məlumat verir ki, Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində hərəkətin təşkili dəyişdiriləcək. Məlumata görə, günün pik saatlarında yaranan nəqliyyat sıxlığının azaldılması və hərəkətin daha rahat və təhlükəsiz təşkili məqsədilə ərazidə bir sıra

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində hərəkətin təşkili dəyişdiriləcək.

Məlumata görə, günün pik saatlarında yaranan nəqliyyat sıxlığının azaldılması və hərəkətin daha rahat və təhlükəsiz təşkili məqsədilə ərazidə bir sıra dəyişikliklər aparılacaq.

Dəyişikliklər çərçivəsində hərəkət zolaqlarının sayı artırılacaq, yol nişanları və nişanlanma xətləri yenilənəcək.

Həmçinin Əttarlar küçəsindən yalnız sağa hərəkət etmək mümkün olacaq.

Bundan əlavə, işıqforların iş rejimi optimallaşdırılacaq və əsas istiqamətdə yaşıl işığın müddəti artırılacaq.

Dəyişikliklərin nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkətinə imkan verəcəyi bildirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin