LEQAL XƏBƏR məlumat verir ki, Bakının Binəqədi rayonunda yaşayan bir sıra sakinlər artıq iki gündür içməli su təminatında yaranan fasilə səbəbindən çətinliklərlə üzləşiblər.
Sakinlərin bildirdiyinə görə, ərazidə suyun verilməsi dayandırılıb, lakin problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə rəsmi açıqlama yoxdur.
Məlumata əsasən, vətəndaşlar “ADSEA” ASC-nin qaynar xəttinə müraciət etməyə çalışsalar da, əlaqə saxlamaq mümkün olmayıb. Bu isə narazılığı daha da artırıb.
Suyun uzunmüddətli kəsilməsi gündəlik məişət işlərində ciddi çətinliklər yaradıb. Məsələ ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.