Yeni xəbərlər burada görünəcək.

BİR HƏFTƏDƏ 443 YANĞIN QEYDƏ ALINIB

Legal Xəbər məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən həftə ərzində ölkə ərazisində baş vermiş 443 yanğın hadisəsinə çıxış edib. Bununla yanaşı, müxtəlif fövqəladə hadisələrlə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-in yaydığı məlumata görə, görülmüş

13 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən həftə ərzində ölkə ərazisində baş vermiş 443 yanğın hadisəsinə çıxış edib. Bununla yanaşı, müxtəlif fövqəladə hadisələrlə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in yaydığı məlumata görə, görülmüş operativ tədbirlər nəticəsində insanların həyatının və əmlakının qorunması təmin olunub. Həftə ərzində çoxsaylı xilasetmə əməliyyatları aparılıb, köməksiz vəziyyətdə qalan şəxslərə yardım göstərilib.
Nazirliyin statistik məlumatına əsasən, ötən həftə ərzində 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin müxtəlif fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb.
FHN vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi, xüsusilə yay mövsümündə odla ehtiyatlı davranmağı və hər hansı təhlükəli vəziyyətlə qarşılaşdıqda dərhal “112” qaynar xəttinə müraciət etməyi tövsiyə edib.
Xəbəri paylaş Dostlarınıza göndərin