Yeni xəbərlər burada görünəcək.

Bir nəfəri xilas edərkən beş nəfər suda boğulub

ABŞ-nin Ohayo ştatından keçən Sayoto çayında baş verən faciə nəticəsində beş nəfər həyatını itirib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, hadisə iyulun 19-da axşam saatlarında baş verib. İki uşaq da

7 baxış 3 dəq

ABŞ-nin Ohayo ştatından keçən Sayoto çayında baş verən faciə nəticəsində beş nəfər həyatını itirib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 19-da axşam saatlarında baş verib. İki uşaq da daxil olmaqla yeddi nəfərlik qrup çay kənarında istirahət edərkən böyüklərdən biri suya girib və batmağa başlayıb. Digər dörd böyük onu xilas etməyə cəhd etsə də, nəticədə onların da hamısı suda itib.

Hadisədən sonra azyaşlılardan biri avtomobil yoluna qaçaraq yoldan keçən sürücüdən kömək istəyib.

Əraziyə cəlb olunan xilasetmə qüvvələri əvvəlcə sudan iki qadının meyitini çıxarıblar. Digər üç nəfərin cəsədi isə yalnız ertəsi gün aparılan axtarışlar nəticəsində tapılaraq sudan çıxarılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin