Leqal xəbər məlumat verir ki, Dünyanın ən məşhur kriptovalyutası olan “Bitcoin”in qiymətində yenidən eniş müşahidə olunub. Məlumata görə, “Bitcoin” 80 min dollar həddindən aşağı düşüb və kriptovalyuta bazarında dalğalanma güclənib.
Ekspertlər bildirirlər ki, qiymətdəki dəyişikliklərə qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik, investorların riskli aktivlərdən uzaqlaşması və bazardakı satış təzyiqi təsir göstərir. Bununla yanaşı, son günlərdə müşahidə olunan sürətli yüksəlişdən sonra bəzi investorların mənfəət götürmək üçün satış etməsi də enişə səbəb olub.