Yeni xəbərlər burada görünəcək.

BLOQER EVİNİ YANDIRDI, UŞAQLARININ ƏLİNƏ İSTİ ŞAM TÖKDÜ

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-ın Florida ştatının Mayami şəhərində sosial şəbəkədə məşhurlaşmağa çalışdığı bildirilən 26 yaşlı Meliza Kampos-Sançes evində yanğın törətməkdə və azyaşlı qızlarına isti mum tökməkdə ittiham olunaraq həbs edilib. Məlumata görə, 55 min izləyicisi olan qadının sosial

10 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-ın Florida ştatının Mayami şəhərində sosial şəbəkədə məşhurlaşmağa çalışdığı bildirilən 26 yaşlı Meliza Kampos-Sançes evində yanğın törətməkdə və azyaşlı qızlarına isti mum tökməkdə ittiham olunaraq həbs edilib.

Məlumata görə, 55 min izləyicisi olan qadının sosial şəbəkə hesabında paylaşdığı görüntülər araşdırma zamanı hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Videolardan birində Kampos-Sançesin gümüşü maska taxaraq mətbəxdə rəqs etdiyi, daha sonra isə yerə yığılmış paltarların üzərinə yanıcı maye tökərək onları yandırdığı görünür. Hadisə ilə bağlı əraziyə yanğınsöndürənlər çağırılıb.

Araşdırma zamanı qadının azyaşlı qızlarının üzərinə isti mum tökdüyünü əks etdirən digər görüntülər də aşkarlanıb.

Sözügedən videoların sosial şəbəkələrdə yayılmasından sonra hadisə ilə bağlı ciddi etirazlar baş qaldırıb.

Hüquq-mühafizə orqanları görüntüləri araşdırdıqdan sonra Meliza Kampos-Sançesi saxlayıblar.

Hazırda hadisənin bütün təfərrüatları, qadının motivi və uşaqların hazırkı vəziyyəti ilə bağlı araşdırma davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin