Yeni xəbərlər burada görünəcək.

BMW ABŞ-DƏ 29 MİNDƏN ÇOX AVTOMOBİLİ GERİ ÇAĞIRIR

LEQAL XƏBƏR məlumat verir ki, BMW şirkəti ABŞ-də 29 mindən çox avtomobili texniki nasazlıq səbəbindən geri çağırır. ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) məlumatına görə, geri çağırılma "BMW 530e xDrive", "BMW 740Le xDrive" qoşula bilən hibrid modellərinə,

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, BMW şirkəti ABŞ-də 29 mindən çox avtomobili texniki nasazlıq səbəbindən geri çağırır.

ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) məlumatına görə, geri çağırılma "BMW 530e xDrive", "BMW 740Le xDrive" qoşula bilən hibrid modellərinə, eləcə də "iPerformance" seriyasına aid digər avtomobilləri əhatə edir. Modellərin buraxılış illəri açıqlanmayıb.

Bildirilib ki, mühərrikin relesində yarana biləcək korroziya həddindən artıq qızmaya və qısaqapanmaya səbəb ola bilər. Bu isə avtomobildə yanğın riskini artırır.

NHTSA-nın açıqlamasına əsasən, geri çağırılma çərçivəsində rəsmi dilerlər nasaz starteri ödənişsiz şəkildə yenisi ilə əvəz edəcəklər.

Xəbəri paylaş Dostlarınıza göndərin