Bakının Yasamal rayonunda içməli su xəttində baş verən qəza nəticəsində ərazini su basıb.
Hadisə Həsən bəy Zərdabi küçəsi 69 ünvanında qeydə alınıb. Məlumata görə, içməli su borusunun partlaması nəticəsində əraziyə böyük həcmdə su axıb, bu isə avtomobillərin və piyadaların hərəkətində çətinlik yaradıb.
Hadisə ilə bağlı ərazidə yaşayan sakinlər tərəfindən məlumat verilib.
Məsələ ilə əlaqədar İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə xüsusi briqada və texnika cəlb edilib.
Görülən tədbirlər nəticəsində su axıntısının qarşısı alınıb. Hazırda zədələnmiş su xəttinin təmiri və bərpası istiqamətində işlər davam etdirilir.![]()