Yeni xəbərlər burada görünəcək.

BÖYÜK QAYIDIŞ DAVAM EDİR: 112 AİLƏ DOĞMA YURDUNA KÖÇÜRÜLDÜ

Leqal xəbər məlumat verir ki, İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə ümumilikdə 112 ailə doğma yurduna geri dönüb. Məlumata görə, Zəngilan şəhərinə 5 ailə olmaqla 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə

8 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə ümumilikdə 112 ailə doğma yurduna geri dönüb.
Məlumata görə, Zəngilan şəhərinə 5 ailə olmaqla 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə — 453 nəfər köçürülüb. Köç edən ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslər olub.
Qayıdan sakinlərin rahat yaşayışı üçün ərazilərdə yeni yaşayış evləri, infrastruktur, elektrik, su və yol təminatı yaradılıb. Dövlət tərəfindən ailələrin məşğulluğu, sosial müdafiəsi və digər ehtiyaclarının qarşılanması istiqamətində dəstək tədbirlərinin davam etdiyi bildirilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilən “Böyük Qayıdış” proqramının əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma torpaqlarda təhlükəsiz və dayanıqlı şəkildə yenidən məskunlaşmasını təmin etməkdir.
Xəbəri paylaş Dostlarınıza göndərin