LEQAL XƏBƏR məlumat verir ki, Braziliya Futbol Konfederasiyası baş məşqçi Karlo Ançelotti ilə əməkdaşlığı davam etdirmək barədə qərar qəbul edib.
Tanınmış idman jurnalisti Fabritsio Romanonun məlumatına görə, tərəflər qüvvədə olan müqavilə çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Məlumata əsasən, italiyalı mütəxəssis 2030-cu il dünya çempionatına qədər Braziliya millisində aparılacaq əsaslı yenidənqurma prosesinə rəhbərlik edəcək.
Xatırladaq ki, Karlo Ançelotti 2025-ci il mayın 26-da rəsmi olaraq Braziliya millisinin baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olub. Qarşılaşmada Erlinq Holand dubl edib, Neymar isə əlavə olunmuş vaxtda penaltidən fərqlənsə də, bu qol komandasını məğlubiyyətdən xilas etməyib.![]()