Yeni xəbərlər burada görünəcək.

Bərdə şəhərini raket atəşinə tutmasından 6 il ötür

2020-ci il oktyabrın 5-də Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərini raket və artilleriya atəşinə məruz qoyub. Hücum nəticəsində 2 mülki şəxs həlak olub, 6 nəfər yaralanıb. Eyni zamanda şəhərin mülki infrastrukturu, yaşayış evləri və

13 baxış 3 dəq

2020-ci il oktyabrın 5-də Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərini raket və artilleriya atəşinə məruz qoyub. Hücum nəticəsində 2 mülki şəxs həlak olub, 6 nəfər yaralanıb. Eyni zamanda şəhərin mülki infrastrukturu, yaşayış evləri və müxtəlif obyektlərə ciddi ziyan dəyib.

Bərdə şəhəri Vətən müharibəsi zamanı Ermənistan tərəfindən dəfələrlə hədəfə alınıb. Ümumilikdə şəhər 5 dəfə raket və artilleriya atəşinə tutulub. Həmin hücumlar nəticəsində 28 nəfər həyatını itirib, 108 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xüsusilə 2020-ci il oktyabrın 28-də Bərdənin “Smerç” raketləri ilə vurulması müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş ən ağır hücumlardan biri kimi tarixə düşüb. Həmin hücum zamanı çoxsaylı insan həlak olub və yaralanıb, şəhərin infrastrukturuna böyük zərər dəyib.

Bərdə sakinləri həmin faciəli günlərin ağrısını bu gün də unutmur. Mülki əhalinin hədəfə alınması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir və həmin hadisələr Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb.

Şəhid olan mülki vətəndaşların xatirəsi hər il ehtiramla anılır.

Xəbəri paylaş Dostlarınıza göndərin