Yeni xəbərlər burada görünəcək.

BREJNEVİN NƏTİCƏSİ UKRAYNADA ƏSİR DÜŞDÜ

LEQAL XƏBƏR məlumat verir ki, keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin nəticəsi Ukrayna ordusu tərəfindən əsir götürülüb. Məlumata görə, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb. Bildirilir ki, söhbət Anton Milayevdən gedir. O, Brejnevin qızı

9 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin nəticəsi Ukrayna ordusu tərəfindən əsir götürülüb.
Məlumata görə, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, söhbət Anton Milayevdən gedir. O, Brejnevin qızı Qalina Brejnevanın ögey nəvəsi hesab olunur.
45 yaşlı Anton Milayevin ötən ilin payızında Rusiya tərəfdən könüllü şəkildə istehkamçı (sapyor) kimi cəbhəyə göndərildiyi qeyd olunur. Noyabr ayından sonra onun ailəsi ilə əlaqəsinin kəsildiyi bildirilir.
Məlumata əsasən, uzun axtarışlardan sonra onun sağ olduğu müəyyən edilib və hazırda Ukrayna ordusunun nəzarətində olan Xerson vilayəti ərazisində hərbi əsir düşərgəsində saxlanıldığı qeyd olunur.
Xəbəri paylaş Dostlarınıza göndərin