Yeni xəbərlər burada görünəcək.

Bu gecə səmada 27 ildən sonra təkrarlanacaq nadir hadisə

Bu gecə astronomiya həvəskarları maraqlı və nadir səma hadisəsinin şahidi ola bilərlər. Ay eyni anda həm “Mavi Ay”, həm də “Mikro Ay” mərhələsinə daxil olacaq və ilin ən kiçik görünən dolunayı kimi müşahidə ediləcək. “Mavi Ay” ifadəsi Ayın rənginin mavi olması demək deyil. Bu termin eyni təqvim ayı

7 baxış 3 dəq
Bu gecə astronomiya həvəskarları maraqlı və nadir səma hadisəsinin şahidi ola bilərlər. Ay eyni anda həm “Mavi Ay”, həm də “Mikro Ay” mərhələsinə daxil olacaq və ilin ən kiçik görünən dolunayı kimi müşahidə ediləcək.
“Mavi Ay” ifadəsi Ayın rənginin mavi olması demək deyil. Bu termin eyni təqvim ayı ərzində baş verən ikinci dolunayı ifadə etmək üçün istifadə olunur. Belə hadisə adətən hər iki-üç ildən bir qeydə alınır.
Astronomların bildirdiyinə görə, bu il təqvim xüsusiyyətlərinə görə ümumilikdə 13 dolunay baş verəcək. Ayın tam fazaya keçidi bazar günü səhər saatlarında baş versə də, onu izləmək üçün ən uyğun vaxt bazar gecəsi hesab olunur.
Bu dolunay həm də “Mikro Ay” olacaq. Bunun səbəbi Ayın Yer ətrafındakı elliptik orbitinin ən uzaq nöqtələrindən birinə yaxın olduğu vaxt tam fazaya düşməsidir. Nəticədə Ay adi dolunaylarla müqayisədə bir qədər kiçik və zəif görünəcək.
Mütəxəssislərin hesablamalarına əsasən, dolunay zamanı Ay Yerdən təxminən 406 min kilometr məsafədə yerləşəcək. Lakin bu ölçü fərqini adi gözlə hiss etmək çətin olacaq.
Astronomlar qeyd edirlər ki, “Mavi Ay” və “Mikro Ay” hadisələri ayrı-ayrılıqda müəyyən dövrlərdə müşahidə olunsa da, onların eyni vaxta təsadüf etməsi olduqca nadir haldır. Növbəti “Mavi Ay”ın 2028-ci ildə, “Mikro Ay”ın isə gələn ay müşahidə ediləcəyi gözlənilir. Hər iki hadisənin yenidən eyni vaxtda baş verməsi üçün isə 2053-cü ilə qədər gözləmək lazım gələcək.
Qeyd edək ki, adına baxmayaraq, Ay bu gecə mavi rəngdə görünməyəcək. “Mavi Ay” termini yalnız astronomik hadisənin adıdır və Ayın rəngi ilə bağlı deyil.
Xəbəri paylaş Dostlarınıza göndərin