Yeni xəbərlər burada görünəcək.

BU GÜNDƏN AZƏRBAYCANA VİZASIZ GƏLƏ BİLƏCƏKLƏR

LEQAL XƏBƏR məlumat verir ki, Yaponiya və Koreya Respublikasının ümumvətəndaş pasportuna malik şəxsləri üçün Azərbaycana turizm məqsədilə girişdə viza tələbi müvəqqəti olaraq ləğv edilib. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, yeni qaydalar 2026-cı il iyulun 1-dən 2027-ci il iyulun 1-dək

7 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Yaponiya və Koreya Respublikasının ümumvətəndaş pasportuna malik şəxsləri üçün Azərbaycana turizm məqsədilə girişdə viza tələbi müvəqqəti olaraq ləğv edilib.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, yeni qaydalar 2026-cı il iyulun 1-dən 2027-ci il iyulun 1-dək qüvvədə olacaq. Bu addım vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə tətbiq edilir.
Yeni qaydalara əsasən, Yaponiya və Koreya vətəndaşları həmin müddət ərzində Azərbaycana üç dəfə vizasız səfər edə və hər səfərdə ölkədə 30 günədək qala biləcəklər.
Turizmdən fərqli məqsədlərlə ölkəyə gəlmək və ya daha uzun müddət qalmaq istəyən şəxslər isə qanunvericiliyə uyğun şəkildə müvafiq viza almalıdırlar.
Qeyd olunub ki, Azərbaycanda 15 gündən artıq müvəqqəti qalan əcnəbilər Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Müvəqqəti qalma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün isə Dövlət Miqrasiya Xidmətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət etmək mümkündür.
Xəbəri paylaş Dostlarınıza göndərin