Leqal xəbər bildirirki, Beynəlxalq tədqiqatlar enerji və qazlı içkilərin gənclərin zehni sağlamlığına mənfi təsir göstərdiyini ortaya qoyub. Araşdırmalara görə, yüksək şəkər istehlakı narahatlıq simptomlarını 34% artırır.
Mütəxəssislər bildirirlər ki, xüsusilə yeniyetməlik dövründə bu tip içkilərin istifadəsi psixoloji rifaha ciddi zərər vura bilər. Türkiyəli klinik psixoloq Aybiqe Üstüner qeyd edir ki, bu dövrdə qidalanma vərdişləri zehni inkişafda mühüm rol oynayır. Araşdırmada qazlı və enerji içkiləri ilə yanaşı, şəkərli çay və qəhvə kimi məhsulların da yeniyetmələrdə narahatlıq yaratdığı vurğulanır. Bildirilir ki, yüksək şəkər qəbulu qan şəkərində dalğalanmalara səbəb olaraq həm fiziki, həm də psixoloji problemləri artırır.
Mütəxəssislər valideynləri və gəncləri bu cür içkilərin istehlakını məhdudlaşdırmağa çağırır.
Bu içkilər psixikanı pozur
Leqal xəbər bildirirki, Beynəlxalq tədqiqatlar enerji və qazlı içkilərin gənclərin zehni sağlamlığına mənfi təsir göstərdiyini ortaya qoyub. Araşdırmalara görə, yüksək şəkər istehlakı narahatlıq simptomlarını 34% artırır. Mütəxəssislər bildirirlər ki, xüsusilə yeniyetməlik dövründə bu tip içkilərin
14 baxış
3 dəq
