Yeni xəbərlər burada görünəcək.

BU MARŞRUTA MÜASİR AVTOBUSLAR VERİLİR

LEQAL XƏBƏR məlumat verir ki, 135 nömrəli marşrut xəttinə müasir avtobusların cəlb olunması planlaşdırılır. Lakin yol şəraiti səbəbindən bu avtobuslar Bakı Mühəndislik Universiteti istiqamətində hərəkət edə bilməyəcək. Məlumata görə, Xırdalan şəhərinin Həsən Əliyev küçəsi istiqamətində, "120

11 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, 135 nömrəli marşrut xəttinə müasir avtobusların cəlb olunması planlaşdırılır. Lakin yol şəraiti səbəbindən bu avtobuslar Bakı Mühəndislik Universiteti istiqamətində hərəkət edə bilməyəcək.

Məlumata görə, Xırdalan şəhərinin Həsən Əliyev küçəsi istiqamətində, "120 yolu" adlanan ərazidə yolun yararsız vəziyyətdə olması və dərin çalaların mövcudluğu müasir alçaqdaban avtobusların hərəkətini mümkünsüz edir.

135 saylı marşrut üzrə sərnişindaşımanı həyata keçirən "Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, sözügedən ərazidə yol problemi uzun illərdir davam edir.

Şirkətin açıqlamasında qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, yolun bərpası istiqamətində indiyədək tədbir görülməyib.

Hazırda həmin istiqamətdə köhnə avtobuslarla çətinliklə də olsa xidmət göstərildiyi, lakin xəttə ən müasir "Iveco" markalı avtobuslar buraxıldıqdan sonra mövcud yol şəraitində onların Bakı Mühəndislik Universiteti istiqamətində hərəkətinin mümkün olmayacağı bildirilib.

Şirkət yaranmış vəziyyətlə əlaqədar həmin ərazidə yaşayan sakinlərdən və tələbələrdən üzr istəyərək, problemin daşıyıcının fəaliyyəti ilə bağlı olmadığını vurğulayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin