İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bu qızıl yataqları Azərbaycana qaytarılacaq

Azərbaycanda qızıl və mis hasil edən “Anglo Asian Mining” şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətinə qaytarılacaq. Leqal Xəbər APA-ya istinadla xəbər verir ki, bu barədə şirkət

8 baxış 3 dəq
Bu qızıl yataqları Azərbaycana qaytarılacaq

Azərbaycanda qızıl və mis hasil edən “Anglo Asian Mining” şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətinə qaytarılacaq.

Leqal Xəbər APA-ya istinadla xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, hasilatın pay bölgüsü sazişinin (HPBS) şərtlərinə əsasən, Qoşa üzrə hasilat hüququnun müddəti başa çatıb, Ordubad üzrə isə müddət yaxın vaxtlarda bitəcək.

Şirkət layihə portfelini və yaxın dövr üçün böyümə imkanlarını nəzərdən keçirdikdən sonra qarşıdakı bir neçə ildə Qoşa və Ordubad sahələrinə əlavə vaxt və resurs ayırmağı strateji baxımdan məqsədəuyğun hesab etməyib. Hər iki sahə şirkətin hazırkı hasilat obyektlərindən uzaqda yerləşir və burada digər müqavilə sahələrindəki kimi hazır infrastruktur yoxdur.

Şirkət rəhbərliyinin və kapital qoyuluşlarının əsas diqqəti Xarkar və Qaradağ mis layihələrinin hasilata başlamasına yönələcək. “Anglo Asian Mining” planlaşdırılan geoloji kəşfiyyat işlərini mövcud hasilat sahələrinin genişləndirilməsinə yönəldəcək. Şirkətin gözləntisinə görə, yeni yataqlar aşkarlandığı halda mövcud infrastrukturdan istifadə mədənlərin və emal müəssisələrinin istismar müddətini uzatmağa imkan verəcək.

Hazırda şirkət HPBS-yə zəruri dəyişiklikləri Azərbaycan hökuməti ilə razılaşdırır. Dəyişikliklər razılaşdırıldıqdan sonra Milli Məclisin təsdiqinə təqdim olunacaq. Şirkət gələcəkdə Qoşa və Ordubad üzrə hasilat hüquqlarını yenidən əldə etmək üçün müraciət edə bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin