Yeni xəbərlər burada görünəcək.

Bu ərazilərdə işıq olmayacaq.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxtda Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,

7 baxış 3 dəq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxtda Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nəriman Nərimanov küçələri, Yeni Yasamal-2 yaşayış kompleksinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Abşeron RETSİ ərazisində yerləşən Mehdi Hüseynzadə, Nizami və Səməd Vurğun küçələri, həmçinin Bakı-Sumqayıt yolunun bir hissəsində 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 09:00-dan 11:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin