Yeni xəbərlər burada görünəcək.

Bu xəritə sülhün simvoludur

Leqal xəbər bildirirki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Azərbaycanla münasibətlər və sərhədlərin müəyyənləşdirilməsi prosesi barədə danışıb. Paşinyan bildirib ki, 2024-cü ilin aprelində Azərbaycanla sərhədlərin demarkasiyası prosesinə başlamaq qərarı

8 baxış 3 dəq

Leqal xəbər bildirirki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Azərbaycanla münasibətlər və sərhədlərin müəyyənləşdirilməsi prosesi barədə danışıb. Paşinyan bildirib ki, 2024-cü ilin aprelində Azərbaycanla sərhədlərin demarkasiyası prosesinə başlamaq qərarı Ermənistanın gələcəyi üçün vacib addım olub. Onun sözlərinə görə, bu qərar verilməsəydi, Ermənistan bu gün müstəqil dövlət kimi mövcud olmaya bilərdi. Baş nazir çıxışında qeyd edib ki, sinəsindəki Ermənistan xəritəsi nişanı Azərbaycanla sülhün simvoludur. Paşinyan həmçinin bu qərarın ölkə daxilində, xüsusilə bəzi dini dairələr tərəfindən ciddi etirazla qarşılandığını vurğulayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin