Dünya çempionatının (DÇ-2026) finalında Argentina millisinin məğlubiyyətindən sonra Buenos-Ayresdə kütləvi iğtişaşlar baş verib.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə TN nəşri məlumat yayıb.
Məlumata görə, Argentina yığmasına dəstək vermək üçün minlərlə azarkeş paytaxt küçələrinə toplaşıb. Mükafatlandırma mərasiminin başa çatmasından sonra vəziyyət gərginləşib. Aqressiv azarkeşlərdən ibarət qrup hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə butulkalar atmağa başlayıb.
İğtişaşlar nəticəsində 15 nəfər saxlanılıb, 3 polis əməkdaşı isə müxtəlif xəsarətlər alıb.
Asayişin bərpası məqsədilə polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın final görüşündə İspaniyaya 0:1 hesabı ilə məğlub olub.![]()