Yeni xəbərlər burada görünəcək.

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Azərbaycan dili, ingilis dili, rus dili və riyaziyyat fənləri üzrə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi olub. Bu barədə DİM məlumat

3 baxış 3 dəq

Azərbaycan dili, ingilis dili, rus dili və riyaziyyat fənləri üzrə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi olub.

Bu barədə DİM məlumat yayıb.

Azərbaycan dili, ingilis dili və rus dili fənləri üzrə seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcəkdir.

Seminarlarda ali təhsil müəssisələrinə informatika fənnindən I (Rİ altqrupu) ixtisas qrupu, tarix fənnindən II və III ixtisas qrupları, biologiya fənnindən isə IV ixtisas qrupu üçün qəbul imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcəkdir.

Xəbəri paylaş Dostlarınıza göndərin