Yeni xəbərlər burada görünəcək.

BƏZİ MARŞRUTLARIN HƏRƏKƏT SXEMLƏRİ DƏYİŞDİRİLİB

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, Bakının Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, Bakının Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.

Təmir işləri başa çatanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib.

170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin