Yeni xəbərlər burada görünəcək.

BƏZİ QATARLARIN HƏRƏKƏT QRAFİKİ DƏYİŞDİ

Yay mövsümündə sərnişin axınının dəyişməsi nəzərə alınaraq Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlinə dəyişiklik edilib. LEQAL XƏBƏR verir ki, yeni qrafik bu gündən qüvvəyə minib. Dəyişikliyə əsasən, Abşeron dairəvi dəmir yolu marşrutunda həftəiçi günlərdə reyslərin

6 baxış 3 dəq
Yay mövsümündə sərnişin axınının dəyişməsi nəzərə alınaraq Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlinə dəyişiklik edilib.
LEQAL XƏBƏR verir ki, yeni qrafik bu gündən qüvvəyə minib. Dəyişikliyə əsasən, Abşeron dairəvi dəmir yolu marşrutunda həftəiçi günlərdə reyslərin sayı optimallaşdırılaraq gündəlik 84 reys həyata keçiriləcək. Şənbə və bazar günləri isə qatarlar əvvəlki hərəkət cədvəli ilə fəaliyyətini davam etdirəcək.
Bununla yanaşı, iyulun 1-dən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların yola düşmə vaxtı da dəyişir. Yeni cədvələ əsasən, qatar Bakıdan saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək.
Sərnişinlər yenilənmiş hərəkət cədvəli ilə rəsmi məlumat mənbələrindən tanış ola bilərlər.
Xəbəri paylaş Dostlarınıza göndərin