Yeni xəbərlər burada görünəcək.

Bəzi rayon və kəndlərdə işığ olmayacaq

"Azərişıq"dan verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 25-də paytaxtın bəzi ərazilərində elektrik şəbəkəsində təmir işləri aparılacaq. Yasamal Rayon Enerji Təchizatı və Satışı

10 baxış 3 dəq

"Azərişıq"dan verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 25-də paytaxtın bəzi ərazilərində elektrik şəbəkəsində təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Ələsgər Ələkbərov, Mirmövsüm Nəvvab, Rahib Tağıyev, Ümid Əkbərov küçələri, Hüseyn Cavid prospekti və Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Zirə Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 6 kV-luq hava xəttində həyata keçiriləcək profilaktik tədbirlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Dübəndi bağları yaşayış massivində enerjinin verilişi müvəqqəti məhdudlaşacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin