Yeni xəbərlər burada görünəcək.

Bəzi rayonlarda təmir işləri aparılacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 28-də Yasamal və Nizami rayonlarında elektrik şəbəkələrində təmir işləri aparılacaq. Yasamal rayonu: Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələri, Tbilisi prospekti

6 baxış 3 dəq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 28-də Yasamal və Nizami rayonlarında elektrik şəbəkələrində təmir işləri aparılacaq.

Yasamal rayonu:
Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələri, Tbilisi prospekti və İkinci Alatava yaşayış massivinin bir hissəsində 10:00–13:00 aralığında elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonu:
Keşlə qəsəbəsinin Tahir Bədəlov və Məşədi Hilal Kazımov küçələrində 09:00–15:00 aralığında elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin məlumatına görə, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Xəbəri paylaş Dostlarınıza göndərin