Sosial şəbəkədə etik davranış qaydalarını pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.
Məlumata görə, 47 yaşlı Davud Bəşirov (şərti adla) “TikTok” platformasında açdığı canlı yayım zamanı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub. Araşdırma zamanı onun bir qadına qarşı təhqiramiz ifadələr səsləndirdiyi və canlı yayım ərzində qeyri-etik davranışlara yol verdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Məhkəmədə ifadə verən D.Bəşirov hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu, etdiyi hərəkətlərə görə peşmanlıq hissi keçirdiyini bildirib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati cərimə olunub.![]()