Yeni xəbərlər burada görünəcək.

Çağırışdan yayınma sərtləşdi

Leqal xəbər bildirirki, Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə dəyişikliklər edilir. Yeni qaydalara əsasən, çağırışdan yayınma hallarının qarşısını almaq məqsədilə hüquqi mexanizmlər daha da sərtləşdirilir. Xüsusilə, varlı ailələrin övladlarının xaricdə qalmaqla hərbi xidmətdən

12 baxış 3 dəq

Leqal xəbər bildirirki, Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə dəyişikliklər edilir. Yeni qaydalara əsasən, çağırışdan yayınma hallarının qarşısını almaq məqsədilə hüquqi mexanizmlər daha da sərtləşdirilir. Xüsusilə, varlı ailələrin övladlarının xaricdə qalmaqla hərbi xidmətdən yayınmasının qarşısının alınması hədəflənir. Məlumata görə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı ilə “çağırışdan yayınma” anlayışı daha dəqiq şəkildə müəyyənləşdirilib. Bu isə mövcud hüquqi boşluqların aradan qaldırılmasına xidmət edir. Hərbi ekspert, Azərbaycan Hərbi Polisinin sabiq rəisi Rövşən Məhərrəmov bildirib ki, dəyişikliklər ölkədə müddətli həqiqi hərbi xidmətə çağırış sisteminin daha şəffaf və effektiv təşkilinə yönəlib. Qeyd olunur ki, yeni yanaşma hərbi xidmətlə bağlı bərabərlik prinsipinin təmin olunmasına və vətəndaşların məsuliyyətinin artırılmasına xidmət edəcək.



Xəbəri paylaş Dostlarınıza göndərin