Yeni xəbərlər burada görünəcək.

CƏBRAYILDA YENİ DƏMİR YOLU XƏTTİ ÇƏKİLƏCƏK: 18 MİLYON MANATLIQ TENDER ELAN EDİLDİ

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC tərəfindən Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında dəmir yolu xətti infrastrukturunun yaradılması məqsədilə tikinti-quraşdırma işləri üzrə açıq tender elan

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC tərəfindən Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında dəmir yolu xətti infrastrukturunun yaradılması məqsədilə tikinti-quraşdırma işləri üzrə açıq tender elan olunub.

Məlumata görə, tenderin ehtimal olunan qiyməti 18 milyon 44 min manat təşkil edir.

Satınalma sənədlərinə əsasən, layihə çərçivəsində 700 millimetr diametrli quyuların qazılması, qazılmış qrunt və süxurların çıxarılması, müxtəlif tipli qazma avadanlıqlarının tətbiqi, elektroqaynaq işləri, düzlük və spirallıq yoxlanışları, eləcə də digər tikinti-quraşdırma işlərinin görülməsi nəzərdə tutulur.

İlkin mərhələdə müxtəlif qruplar üzrə 159 metr, 212 metr və 159,4 metr həcmində quyuların qazılması, 3,1 ədəd üçkonuslu “S1460K-PV” tipli baltanın istifadəsi, 53 metr elektroqaynaq işlərinin aparılması və 600 kubmetr qruntun çıxarılması planlaşdırılır.

Layihənin həyata keçirilməsi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının nəqliyyat infrastrukturunun genişləndirilməsinə və yükdaşıma imkanlarının artırılmasına xidmət edəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin