İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Cəbrayıl, Zəngilana qayıdan ailələrə evlərinin açarları təqdim olunub

​Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi davam edir. ​Leqal Xəbər APA-ya əsasən məlumat verir ki, noyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köç olub. ​Bu mərhələdə Cəbrayılın

10 baxış 3 dəq
Cəbrayıl, Zəngilana qayıdan ailələrə evlərinin açarları təqdim olunub

​Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi davam edir.

​Leqal Xəbər APA-ya əsasən məlumat verir ki, noyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köç olub.

​Bu mərhələdə Cəbrayılın Soltanlı kəndinə köçən isə 16 ailəyə (80 nəfər), Zəngilanın Cahangirbəyli kəndinə qayıdan 19 ailəyə (75 nəfər) evlərin açarları təqdim edilib.

​Açarların təqdim olunması mərasimlərində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

​Qeyd edək ki, bununla da bu gün ümumilikdə 35 ailə (155 nəfər) doğma yurdlarında daimi məskunlaşma ilə təmin olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin