Yeni xəbərlər burada görünəcək.

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir

Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir. Bu, iki ölkə rəhbərinin ortaya qoyduğu siyasi iradədə və Şuşa Bəyannaməsində öz əksini tapan yanaşmada aydın şəkildə ifadə olunur. Elə bir sahə yoxdur ki, Şuşa Bəyannaməsində öz əksini tapmasın. Leqalxeber.az xəbər verir

6 baxış 3 dəq

Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir. Bu, iki ölkə rəhbərinin ortaya qoyduğu siyasi iradədə və Şuşa Bəyannaməsində öz əksini tapan yanaşmada aydın şəkildə ifadə olunur. Elə bir sahə yoxdur ki, Şuşa Bəyannaməsində öz əksini tapmasın.

Leqalxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb

Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 2025-ci ildə 5,7 milyard ABŞ dolları təşkil edib. 2026-cı ilin ilk 8 ayında isə bu göstərici 3,2 milyard ABŞ dollarına çatıb.

Leqalxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 milyard ABŞ dollarına, Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 18 milyard ABŞ dollarına çatıb. Hazırda Azərbaycanda Türkiyənin 400-dən çox şirkəti fəaliyyət göstərir”, - deyə nazir qeyd edib.

Xəbəri paylaş Dostlarınıza göndərin