Yeni xəbərlər burada görünəcək.

ÇİMƏRLİKDƏ QALMAQAL - GEYİMİNƏ GÖRƏ QADINA İRAD TUTAN KİŞİNİN ÖZ GÖRÜNTÜSÜ GÜNDƏM OLDU

LEQAL XƏBƏR məlumat verir ki, İranda çimərlikdə bir qadının geyiminə müdaxilə edildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yayılan videoda bir kişinin gənc qadına yaxınlaşaraq onun geyiminə irad bildirdiyi və niyə qadınlar üçün ayrılmış xüsusi çimərlik

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İranda çimərlikdə bir qadının geyiminə müdaxilə edildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yayılan videoda bir kişinin gənc qadına yaxınlaşaraq onun geyiminə irad bildirdiyi və niyə qadınlar üçün ayrılmış xüsusi çimərlik ərazisində olmadığını tələbkar şəkildə soruşduğu görünür.

Qadın isə özünü müdafiə edərək tək olduğunu və geyimində hər hansı qayda pozuntusunun olmadığını göstərmək üçün kameranı özünə tərəf çevirib.

Kadrlarda istifadəçilərin ən çox diqqətini çəkən məqam isə qadının geyiminə irad bildirən şəxsin özünün çimərlikdə şortikdə və sərbəst geyimdə olmasıdır.

Görüntülər İranda qadınların geyiminə tətbiq edilən qaydalar, ictimai məkanlarda davranış normaları və cəmiyyətdəki mümkün ikili standartlarla bağlı müzakirələri yenidən gündəmə gətirib.

Hadisə ilə bağlı görüntülərin hansı çimərlikdə və nə vaxt lentə alındığı barədə əlavə məlumat verilməyib.

Xəbəri paylaş Dostlarınıza göndərin