İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Çin avtomobili inanılmazı bacardı

Çinin BYD avtomobil istehsalçısının Böyük Britaniyadakı bölməsi hibrid mühərrikli "Denza Bao 5" yolsuzluq avtomobilinin nümayiş xarakterli sınaqlarını keçirib. Leqal Xəbər Gazeta.ru-ya istinadən xəbər verir ki, Çində "FangChengBao Leopard 5" adı ilə satılan avtomobil təxminən

5 baxış 3 dəq
Çin avtomobili inanılmazı bacardı

Çinin BYD avtomobil istehsalçısının Böyük Britaniyadakı bölməsi hibrid mühərrikli "Denza Bao 5" yolsuzluq avtomobilinin nümayiş xarakterli sınaqlarını keçirib.

Leqal Xəbər Gazeta.ru-ya istinadən xəbər verir ki, Çində "FangChengBao Leopard 5" adı ilə satılan avtomobil təxminən 180 ton ağırlığında olan, tam təchizatlı "Boeing 747-400" sərnişin təyyarəsini yerindən tərpədərək yedəyə alıb.

Sınağın son mərhələsində avtomobil yalnız sol tərəfdəki iki təkəri üzərində hərəkət edərək təyyarəni çəkməyə davam edib. Buna sağ tərəfdəki təkərlərin sökülməsi səbəb olub.

Üç cəhd ərzində - əvvəlcə dörd, sonra üç, sonda isə iki təkər üzərində hərəkət edən "Bao 5" təyyarəni ümumilikdə təxminən 1 600 metr məsafəyə çəkib.

"Denza" şirkətinin iddiasına görə, bu, seriyalı istehsal olunan avtomobilin təyyarəni iki təkər üzərində yedəyə alaraq çəkməsi üzrə dünyada ilk hadisədir. Şirkət, həmçinin bunu "Boeing 747" təyyarəsinin elektrik dartı qüvvəsindən istifadə edən avtomobillə ilk dəfə yedəyə çəkilməsi kimi təqdim edib.

Avtomobilin standart güc qurğusunda heç bir dəyişiklik edilməyib. Sistem üç elektrik mühərrikindən və 1,5 litrlik turbomühərrikdən ibarətdir. Ümumi gücü 544 at qüvvəsi təşkil edir.

Lakin mühəndislər təkərlərin yol səthi ilə lazımi ilişməsini təmin etmək üçün sərnişin oturacaqlarını sökərək salona əlavə ballast (ağırlıq) yerləşdiriblər.

Nümayiş xarakterli sınaq "Denza" markasının Böyük Britaniya bazarına çıxması ərəfəsində təşkil olunub. Artıq avtomobil üçün sifarişlərin qəbuluna başlanılıb. İlk avtomobillərin 2027-ci ilin əvvəlində müştərilərə təhvil verilməsi gözlənilir.

Eksperimentdə istifadə olunan "Bao 5" modelinin "Ultimate" versiyasının qiyməti təxminən 79 min funt sterlinqdir.

Xəbəri paylaş Dostlarınıza göndərin