İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

CİNAYƏT İŞİ: KÖNÜL KƏRİMOVANIN DA ADI HALLANIR – DETALLAR

LEQAL XƏBƏR məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İş materiallarında müğənni Könül Kərimovanın da adı hallanır. Hakim Günel

8 baxış 3 dəq
CİNAYƏT İŞİ: KÖNÜL KƏRİMOVANIN DA ADI HALLANIR – DETALLAR

LEQAL XƏBƏR məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İş materiallarında müğənni Könül Kərimovanın da adı hallanır.

Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə tərkibinin dəyişməsi ilə əlaqədar məhkəmə istintaqının yeniləndiyi bildirilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Elçin Bağırov və Mübariz Məmmədov onlara qarşı irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini bildiriblər.

İttihama əsasən, 2022-ci ilin avqustunda təqsirləndirilən şəxslər müştəri İlham Cəfərov ilə görüşüblər. Daha sonra Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 ünvanında yerləşən və müqavilə əsasında Könül Kərimovaya məxsus olan 26 saylı mənzili ona təqdim ediblər.

İttiham aktına görə, həmin şəxslər saxta və qanunsuz sənədlər hazırlayaraq mənzili 245 min manata satıblar və bununla dələduzluq ediblər.

Məhkəmə zamanı təqsirləndirilən şəxslər tərəfindən bir neçə vəsatət təqdim olunub. Məhkəmə tərkibi vəsatətlərin sənədlərin tədqiqi mərhələsində müzakirə ediləcəyini bildirib.

Növbəti məhkəmə iclası sentyabrın 16-sı saat 10:45-ə təyin edilib.

İş üzrə digər epizodlara görə, Mübariz Məmmədovun Yasamal rayonunda yerləşən “ARAZ T.İ” MMC-nin binasındakı 126 nömrəli, 156 kvadratmetr sahəsi olan mənzili qanunsuz ələ keçirdiyi iddia olunur.

İttihama əsasən, həmin mənzil Sakit Məmmədova məxsus olub və Mübariz Məmmədov onu 156 min manata başqa şəxsə sataraq rəsmiləşdirib. Nəticədə Sakit Məmmədova bu məbləğdə ziyan vurulduğu bildirilir.

Bundan başqa, Mübariz Məmmədovun “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olduğu dövrdə müxtəlif hüquqi xidmətlərin göstərilməsi adı ilə 408 min manat aldığı iddia edilir.

İstintaqın versiyasına görə, o, həmçinin “Konstra” MTK-nın layihə sənədlərinin hazırlanması və dövlət ekspertizasından keçirilməsinin təşkili vədi ilə daha 175 min manat əldə edib.

Beləliklə, ittiham aktında Mübariz Məmmədovla bağlı qeyd olunan bu epizodlar üzrə ümumilikdə 739 min manatlıq vəsaitdən söhbət gedir.

Qeyd edək ki, cinayət işi üzrə ittiham aktında Könül Kərimovanın adı hallansa da, onun təqsirləndirilən şəxs olması barədə məlumat verilməyib.

Xəbəri paylaş Dostlarınıza göndərin