Yeni xəbərlər burada görünəcək.

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 44 NƏFƏR SAXLANILDI

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 13-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 52 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, gün ərzində axtarışda olan 130 nəfər saxlanılaraq

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 13-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 52 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, gün ərzində axtarışda olan 130 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 102 nəfər borclu şəxs qismində axtarışda olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotiklərlə əlaqəli 21 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 4 fakt müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin