Yeni xəbərlər burada görünəcək.

ÇİNDƏ DƏHŞƏTLİ YANĞIN

LEQAL XƏBƏR məlumat verir ki, Çində müəssisələrdən birində baş verən güclü yanğınla bağlı genişmiqyaslı xilasetmə əməliyyatı aparılır. Hadisə iyulun 9-da günorta saatlarında "Huiteng" müəssisəsinin istehsal sexlərində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə binanın üzərini

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Çində müəssisələrdən birində baş verən güclü yanğınla bağlı genişmiqyaslı xilasetmə əməliyyatı aparılır.

Hadisə iyulun 9-da günorta saatlarında "Huiteng" müəssisəsinin istehsal sexlərində qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə binanın üzərini qatı qara tüstünün bürüdüyü, yanğınsöndürənlərin isə alovun qarşısını almaq üçün mübarizə apardığı əks olunub.

İlkin araşdırmalara əsasən, yanğının istehsalat binasının birinci mərtəbəsində başladığı müəyyən edilib. Rəsmi qurumlar hələlik ölən və yaralananların dəqiq sayını açıqlamayıblar.

Çin Prezidenti Si Cinpin hadisə ilə bağlı aidiyyəti qurumlara təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verib.

O bildirib ki, insanların axtarışı və xilas edilməsi, yanğının nəticələrinin aradan qaldırılması üçün bütün qüvvələr səfərbər edilməli, hadisənin başvermə səbəbləri qısa müddətdə müəyyənləşdirilməli və təqsirkar şəxslər qanun qarşısında cavab verməlidirlər.

Xəbəri paylaş Dostlarınıza göndərin