Yeni xəbərlər burada görünəcək.

Cərimə qaydası dəyişir

Leqal xəbər bildirirki, Azərbaycanda dayanma və durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı yeni dəyişiklik təklif olunur. Məlumata görə, inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılacaq. Dəyişiklik Milli

14 baxış 3 dəq

Leqal xəbər bildirirki,
Azərbaycanda dayanma və durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı yeni dəyişiklik təklif olunur. Məlumata görə, inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılacaq. Dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən əlavələrdə əksini tapıb. Layihəyə əsasən, cərimə ilə bağlı məlumatın rəsmi təqdim olunma vaxtı sürücüyə SMS vasitəsilə bildirildiyi və ya sənədlə tanış olduğu an hesab ediləcək. Qeyd olunur ki, bu addım sənədlərin elektron qaydada çatdırılmasının genişləndirilməsi və kağız bildirişlərin ləğvi məqsədi daşıyır. Layihə qəbul ediləcəyi təqdirdə, sürücülər artıq cərimə bildirişlərini avtomobillərinin üzərində deyil, elektron şəkildə əldə edəcəklər.

Xəbəri paylaş Dostlarınıza göndərin