Yeni xəbərlər burada görünəcək.

KLİNİKADA ƏMƏLİYYATDAN SONRA XƏSTƏ ÖLDÜ

Bakı sakini Kamran Şirəliyev həyat yoldaşının ölümünün həkim səhlənkarlığı nəticəsində baş verdiyini iddia edir. Onun sözlərinə görə, həyat yoldaşı Arzu Şirəliyeva 28 noyabr 2025-ci il tarixində Azərbaycan Tibb Universiteti-nin Cərrahiyyə Klinikasında çanaq nahiyəsindəki kistanın götürülməsi

71 baxış 3 dəq

Bakı sakini Kamran Şirəliyev həyat yoldaşının ölümünün həkim səhlənkarlığı nəticəsində baş verdiyini iddia edir. Onun sözlərinə görə, həyat yoldaşı Arzu Şirəliyeva 28 noyabr 2025-ci il tarixində Azərbaycan Tibb Universiteti-nin Cərrahiyyə Klinikasında çanaq nahiyəsindəki kistanın götürülməsi məqsədilə əməliyyat olunub, lakin əməliyyatdan sonra vəfat edib.
Şikayətçi bildirir ki, əməliyyat zamanı yol verilən ciddi tibbi səhvlər sonradan gizlədilib. Onun iddiasına əsasən, həyat yoldaşı faktiki olaraq əməliyyat günü həyatını itirib, lakin bu fakt ailədən gizlədilərək vəziyyət “koma” kimi təqdim olunub və mərhum 18 gün xəstəxanada saxlanılıb. O hesab edir ki, bu müddət baş verənləri ört-basdır etmək məqsədi daşıyıb.
Vətəndaşın sözlərinə görə, əməliyyatda kafedra müdiri Fariz Camalov və ikinci cərrah kimi Fərhad Sultanov iştirak edib. Onun sözlərinə görə, əməliyyatdan təxminən iki saat sonra ona müdaxilənin “həddindən artıq uğurlu keçdiyi” bildirilib.
Şikayətçi qeyd edir ki, paralel olaraq Fariz Camalovun assistenti Nərgiz adlı tibb işçisinə zəng edilərək xəstənin ayaq barmaqlarında reaksiya olub-olmamasının yoxlanılması tapşırılıb. Bu zəngdən qısa müddət sonra isə xəstənin vəziyyətinin kritik olduğu məlum olub.
Kamran Şirəliyev ölümün əməliyyat zamanı tətbiq olunan tibbi müdaxilə ilə bağlı olduğunu bildirir. Onun sözlərinə görə, bel nahiyəsinə vurulmalı olan iynə ürək nahiyəsinə vurulub. Ailə üzvlərindən birinin palataya daxil olarkən iynənin beldə deyil, döş qəfəsi nahiyəsində olduğunu gördüyü və bunu foto ilə sənədləşdirdiyi iddia edilir. Lakin bu müdaxilənin kim tərəfindən və hansı əsasla aparıldığı rəsmi şəkildə açıqlanmayıb.
Şikayətçi həmçinin klinika rəhbərliyini məsələni ört-basdır etməkdə günahlandırır. Onun iddiasına görə, xəstəxananın direktoru Əsədulla Sultanov cərrah Fariz Camalovu qoruyur və bunu onun direktorun rəhbərlik etdiyi kafedranın müdiri olması ilə əlaqələndirir.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparıldığı bildirilir

Xəbəri paylaş Dostlarınıza göndərin