Yeni xəbərlər burada görünəcək.

DAŞQIN NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 39-A ÇATDI

LEQAL XƏBƏR məlumat verir ki, Çinin Quanşi-Çjuan Muxtar Rayonunda baş verən güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə yüksəlib. Məlumata görə, təbii fəlakət bölgəsində daha doqquz nəfər itkin düşmüş hesab olunur. Bildirilir ki, Nannin şəhəri ərazisində yerləşən Lülan su

10 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Çinin Quanşi-Çjuan Muxtar Rayonunda baş verən güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə yüksəlib.

Məlumata görə, təbii fəlakət bölgəsində daha doqquz nəfər itkin düşmüş hesab olunur.

Bildirilir ki, Nannin şəhəri ərazisində yerləşən Lülan su anbarının yarılması faciənin daha da ağırlaşmasına səbəb olub. Hadisə nəticəsində 26 nəfər ölüb, yeddi nəfərin isə taleyi hələ də naməlum qalır.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir, aidiyyəti qurumlar itkin düşən şəxslərin tapılması istiqamətində işlərini davam etdirirlər.

Xəbəri paylaş Dostlarınıza göndərin