Yeni xəbərlər burada görünəcək.

DAŞQINLARDA HƏLAK OLANLARIN SAYI 78 NƏFƏRƏ ÇATDI

LEQAL XƏBƏR məlumat verir ki, Hindistanın şimal-şərqində yerləşən Assam ştatında baş verən güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə yüksəlib. Məlumata görə, təbii fəlakət səbəbindən 300 mindən çox sakin hələ də təhlükə zonasındadır. Daşqınlar 551 yaşayış məntəqəsini su

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Hindistanın şimal-şərqində yerləşən Assam ştatında baş verən güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə yüksəlib.

Məlumata görə, təbii fəlakət səbəbindən 300 mindən çox sakin hələ də təhlükə zonasındadır. Daşqınlar 551 yaşayış məntəqəsini su altında qoyub. Ən ağır vəziyyət 137 mindən artıq insanın zərər çəkdiyi Çaraydeo dairəsində qeydə alınıb.

Bildirilir ki, daşqınlar yollara, yaşayış evlərinə və məktəblərə ciddi ziyan vurub. Həmçinin 11 mindən çox ev dağılıb, kənd təsərrüfatı heyvanları tələf olub.

Hindistanın daxili işlər naziri Amit Şah Assam ştatının baş naziri Himanta Bisva Sarma ilə vəziyyəti müzakirə edib. Qeyd olunub ki, bəzi ərazilərdə suyun səviyyəsi azalmağa başlasa da, genişmiqyaslı dağıntılar səbəbindən əhalinin böyük hissəsi hələ də evlərinə qayıda bilmir.

Bundan əlavə, Hindistanın Meteorologiya İdarəsi növbəti iki gün ərzində Assam ştatında yenidən güclü leysan yağışlarının gözlənildiyi barədə xəbərdarlıq yayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin