Yeni xəbərlər burada görünəcək.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

Atatürk prospektinin bu kəsişməsi artıq svetoforlarla tənzimlənir DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb. Nəqliyyatın intensiv olduğu, xüsusilə də günün pik

9 baxış 3 dəq
Atatürk prospektinin bu kəsişməsi artıq svetoforlarla tənzimlənir
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb. Nəqliyyatın intensiv olduğu, xüsusilə də günün pik saatlarında kəsişmədə yaranan sıxlığı aradan qaldırmaq üçün dərhal tədbirlərə başlanılıb.
Bu məqsədlə nəqliyyatın nizamlı hərəkəti və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni svetoforlar quraşdırılıb. “A” və “L” tipli olmaqla 7 ədəd dirək üzərində quraşdırılan svetoforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir.
Qeyd edək ki, sürücü və piyadaların təhlükəsizliyinin artırılması məqsədilə işlər davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin