Yeni xəbərlər burada görünəcək.

DÇ-2026: İNGİLTƏRƏ - NORVEÇ MATÇI TƏXİRƏ SALINA BİLƏR

LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində keçiriləcək İngiltərə - Norveç oyununun hava şəraiti səbəbindən təxirə salınması ehtimalı yaranıb. Məlumata görə, qarşılaşmanın iyulun 12-də Mayamidə yerləşən "Hard Rok" stadionunda keçirilməsi və Bakı

13 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində keçiriləcək İngiltərə - Norveç oyununun hava şəraiti səbəbindən təxirə salınması ehtimalı yaranıb.

Məlumata görə, qarşılaşmanın iyulun 12-də Mayamidə yerləşən "Hard Rok" stadionunda keçirilməsi və Bakı vaxtı ilə saat 01:00-da başlaması planlaşdırılır.

Sinoptiklərin proqnozuna əsasən, həftəsonu Mayamidə havanın temperaturu 34 dərəcəyədək yüksələcək, eyni zamanda şimşək çaxacağı gözlənilir. Yüksək rütubət səbəbindən isə matç zamanı hiss olunan temperaturun təxminən 43 dərəcə olacağı bildirilir.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin