Yeni xəbərlər burada görünəcək.

DÇ-2026-nın qəhrəmanı Vozinyanın yeni klubu bəlli oldu

LEQAL XƏBƏR məlumat verir ki, Kabo-Verde milli komandasının təcrübəli qapıçısı Vozinya karyerasında yeni səhifə açaraq Çilinin “Kolo-Kolo” klubu ilə rəsmi müqavilə imzalayıb. Məlumata görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əldə olunan razılaşmaya əsasən, 40 yaşlı veteran qapıçı ilə

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Kabo-Verde milli komandasının təcrübəli qapıçısı Vozinya karyerasında yeni səhifə açaraq Çilinin “Kolo-Kolo” klubu ilə rəsmi müqavilə imzalayıb.

Məlumata görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əldə olunan razılaşmaya əsasən, 40 yaşlı veteran qapıçı ilə ilkin olaraq 6 aylıq müqavilə imzalanıb. Sazişdə müqavilənin gələcəkdə daha 1 il müddətinə uzadılması variantı da nəzərdə tutulub.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsinin açılış turunda sonradan dünya çempionu olan İspaniya millisinə qarşı qapısını toxunulmaz saxlayan Vozinya turnir ərzində 18 kritik qurtarış edərək komandasının pley-offa yüksəlməsində mühüm rol oynayıb.

Onun çıxışı sayəsində Kabo-Verde yığması mundialın hər iki finalçısına – İspaniya və Argentinaya əsas vaxtda məğlub olmayan yeganə komanda kimi yadda qalıb.

40 yaşlı qapıçı DÇ-2026-dakı uğurlu çıxışından sonra sosial şəbəkələrdə də böyük populyarlıq qazanıb. Hazırda onun “Instagram” hesabında 29,5 milyon izləyicisi var. Bu göstərici qapıçılar arasında rekord hesab olunur. Turnir başlamazdan əvvəl isə Vozinyanın təxminən 50 min izləyicisi olub.

Xəbəri paylaş Dostlarınıza göndərin