Yeni xəbərlər burada görünəcək.

Deputat pəncərədən qaçarkən saxlanıldı

Leqal xəbər məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Əli Abbasovla bağlı qalmaqallı hadisə baş verib. Məlumata görə, mandatının ləğvi ilə razılaşmayan Əli Abbasov qərardan Ali Məhkəməyə şikayət edib və hüquqlarının bərpasını tələb edir. İddialara əsasən, hadisə

21 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Əli Abbasovla bağlı qalmaqallı hadisə baş verib. Məlumata görə, mandatının ləğvi ilə razılaşmayan Əli Abbasov qərardan Ali Məhkəməyə şikayət edib və hüquqlarının bərpasını tələb edir. İddialara əsasən, hadisə onun tanıdığı qadının evinə getməsi zamanı baş verib. Bildirilir ki, qadının həyat yoldaşı qəfil evə daxil olduqda Abbasov pəncərədən qaçmağa çalışıb, lakin uzaqlaşa bilmədən tutulub. Daha sonra tərəflər arasında insident yaşandığı, hətta bıçaqlı hücum cəhdinin olduğu qeyd edilir. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.
Prokurorluq tərəfindən aparılan araşdırma zamanı qadının evinə zorla daxilolma faktı sübuta yetirilmədiyindən cinayət işi başlanmayıb. Sonradan tərəflər arasında barışıq əldə olunub və şikayət geri götürülüb. Əli Abbasov hazırda ona qarşı şikayət olmadığını əsas gətirərək deputat mandatının bərpasını tələb edir.

Xəbəri paylaş Dostlarınıza göndərin