"Mən bu gün ilk dəfə iclasa gecikirəm".
Leqalxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, iş yerlərinə gecikmələr bir çox hallarda rəhbərlik və işçi arasında problemə səbəb olur: “Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Düşünürəm ki, hələ də yollarda tıxac məsələsini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”.
"Tıxac vətəndaşlara ciddi problemlər yaradıb. İş yerlərində problemlər yaşanır. Bunun həll edilməsi vacibdir".![]()