Yeni xəbərlər burada görünəcək.

Deputatın oğlu barəsində həbs qərarı verildi

Bakıda Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davaya görə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Leqal Xəbər-in məlumatına görə, Xətai Rayon Məhkəməsində qətldə ittiham olunan Emin Rəhimov və Elmar Cəfərov barəsində təqdimata baxılıb. Cinayət Məcəlləsinin qəsdən adam

13 baxış 3 dəq

Bakıda Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davaya görə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Leqal Xəbər-in məlumatına görə, Xətai Rayon Məhkəməsində qətldə ittiham olunan Emin Rəhimov və Elmar Cəfərov barəsində təqdimata baxılıb.

Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi (120.1) ilə ittiham olunan şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, hadisəyə görə saxlanılanlar arasında olan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə ilə bağlı təqdimata isə başqa məhkəmədə baxılacaq. Buna səbəb Xətai Rayon Məhkəməsinin hakimi Orxan Əlizadənin Əhmədin qardaşının olmasıdır.

Hadisə ilə əlaqədar saxlanılan Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov, Eldar Eldarov, Həsən Zülfiqafov barəsində də 4 ay həbs qətimkan tədbiri seçilib. Depuat oğlu da daxil olmaqla, bu şəxslərin hər birinə

Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Xəbəri paylaş Dostlarınıza göndərin